Advertisment

Rus ordusuna AK-12 avtomatının böyük partiyası təhvil verilib

“Kalaşnikov” konserni 2026-cı ildə dövlət podratçısına AK-12 avtomatının 2023-cü il modelinin ilk böyük partiyasını göndərib.

Herbiand.az bu barədə konsernin mətbuat xidmətinə istinadən bildirir.

AK-12 tam avtomatik rejimdə dəqiqədə 650, üç gülləli atəş rejimində isə dəqiqədə 1000 atəş sürətinə malikdir. AK-12, AK-74/RPK-74 ilə eyni güllə darağından istifadə edir.

Bəxtiyar CƏFƏRLİ