Şimali Koreya COVID-19 pandemiyası zamanı sərhədlərini bağladıqdan sonra həyata keçirdiyi edamların sayını kəskin şəkildə artırıb.
Herbiand.az bu barədə Reuters agentliyinə istinadən bildirir.
Məlumata görə, 2020-ci ildən 2024-cü ilə qədər 60 edam sənədləşdirilib və nəticədə 148 nəfər ölüb. Müqayisə üçün, əvvəlki beş ildə 39 edam baş verib. Edamların əsas səbəbi Cənubi Koreya filmlərinə baxmaq və xarici mədəniyyətə qoyulan qadağaların pozulması olub. Bundan əlavə, bu cür edamlar yalnız Çinlə sərhəddə deyil, həm də ölkənin daxili ərazilərində də qeydə alınıb.
Belə qənaətə gəlmək KXDR-dən olan 880 qaçqınla müsahibələrə və peyk görüntülərinə əsaslanır. Tədqiqatçılar həmçinin qeyd ediblər ki, pandemiyadan sonra siyasi cinayətlərə görə edamların sayı 4-dən 28-ə qədər artıb. Ekspertlər hesab edirlər ki, yeni repressiya mərhələsi Kim Çen Inın varisi olan qızı Çju E üçün hazırlıqlarla əlaqəli ola bilər.
Bəxtiyar CƏFƏRLİ