Advertisment

Rusiyanın bu şəhərində Jirinovskinin adına küçə olacaq

Rusiyanın Ufa şəhərində Rusiya Liberal Demokrat Partiyasının (LDPR) keçmiş lideri Vladimir Jirinovskinin şərəfinə yeni küçənin adının verilməsi qərara alınıb.

Herbiand.az bildirir ki, bu barədə "Mash Batash" Telegram kanalı məlumat verir.

Küçə Ufanın Demski və Leninski rayonlarından keçəcək və uzunluğu 800 metr olacaq. Demək olar ki, Şəhər Şurasının bütün deputatları siyasətçinin adının küçəyə verilməsinin lehinə səs veriblər - 28 nəfərdən yalnız biri səs verməyib.

Qeyd olunur ki, bununla bağlı şəhər sakinləri arasında iki dəfə sorğu keçirilib. Birinci dəfə səslər demək olar ki, bərabər bölünüb, ikinci dəfə isə ideya böyük dəstək alıb. Nəticədə, son qərar Şəhər Şurası tərəfindən verilib.

Qeyd edək ki, bir müddət əvvəl LDPR nümayəndələri Jirinovskinin adını daşıyan kriptovalyutanın yaradıldığını elan ediblər.

Bəxtiyar CƏFƏRLİ