Advertisment

Rusiya güclü oğru klanının başçısını axtarışa verib

Rusiya Daxili İşlər Nazirliyi Merab Canqveladzeni (Merab Suxumski) cinayətkar iyerarxiyada yüksək vəzifə tutduğuna görə beynəlxalq axtarışa verib.

Herbiand.az bildirir ki, bu barədə TASS xəbər verir.

30 apreldə Moskvanın Tverskoy məhkəməsi güclü Canqveladze-Oniani klanının lideri hesab edilən 64 yaşlı qanuni oğrunun qiyabi həbsi ilə bağlı müstəntiqin vəsatətinə baxacaq. O, Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsi ("Cinayətkar iyerarxiyada yüksək vəzifə tutmaq") ilə ittiham olunur.

Qiyabi həbs qanuni oğrunun beynəlxalq axtarışa verilməsi üçün materialların İnterpolun mərkəzi ofisinə göndərilməsinə imkan verəcək. Canqveladze son vaxtlar İtaliyada yaşayıb. Nəşr qeyd edib ki, İtaliya hakimiyyəti işi siyasi motivli hesab etməsə, təqsirləndirilən şəxsi Rusiyaya ekstradisiya edə bilər.

Bəxtiyar CƏFƏRLİ