Rusiya Federasiyasının Krasnodar diyarı üzrə İstintaq Komitəsi Krasnodar şəhərinin ətrafındakı qəbiristanlıqda hərbi məzarların təhqir edilməsi ilə bağlı cinayət işi açıb.
Herbiand.az xəbər verir ki, idarənin yaydığı məlumata görə, 1 may gecəsi naməlum şəxslər qəbiristanlıqda 14 baş daşına zərər vurublar.
Bu qəbirlər yeni şəhər qəbiristanlığının Şöhrət Xiyabanında yerləşir. Cinayətkarlar fotoşəkilləri sındırıb və baş daşlarından birini sındırıblar.
İstintaq Komitəsinin müstəntiqi hadisənin səbəblərini araşdırır. Cinayətkarlar tutulacağı təqdirdə onları beş ilə qədər həbs cəzası gözləyir.