General-polkovnik Aleksandr Çayko Rusiya Aerokosmik Qüvvələrinin (VKS) yeni baş komandanı təyin olunub.
Herbiand.az bildirir ki, bu barədə hərbi pilot və "Fighterbomber" Telegram kanalının müəllifi məlumat verib.
Bu vəzifəni əvvəllər general-polkovnik Viktor Afzalov tuturdu. Qeyd olunur ki, Çayko artıq vəzifəsinin icrasına başlayıb.
Hələlik, Aleksandr Çaykonun təyin olunması ilə bağlı digər təfərrüatlar, həmçinin məlumatın rəsmi təsdiqi yoxdur.
Bəxtiyar CƏFƏRLİ