Advertisment

Ciorcia Meloni Bakıdadır

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycana səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Melonini hava limanında Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.