Advertisment

Tramp: ABŞ İrana qarşı müharibəyə qayıtsa, 2-3 həftəyə məqsədlərinə çatacaq

Zənginləşdirilmiş uran məsələsi İranla razılaşmanın bir hissəsi olmalıdır.

Herbiand.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp radio aparıcı Haq Hevitin verilişində deyib.

“Biz məhv etməli olduqlarımızın çoxunu sıradan çıxarmışıq. Biz ya düzgün bir razılaşma əldə edəcəyik, ya da hərbi baxımdan çox asanlıqla qalib gələcəyik”, - Tramp vurğulayıb.

Onun sözlərinə görə, ABŞ müharibəyə qayıtsa, 2-3 həftə ərzində məqsədlərinə nail olacaq.

“Bu dəlilər nüvə silahı əldə etməməlidir”, - Tramp qeyd edib.