Ukraynanın zərbələrindən sonra "Rosneft"in Tuapse neft emalı zavodunun bərpası Rusiyaya 5 milyard dollara başa gələ bilər.
Herbiand.az xəbər verir ki, bunu Kiyev iqtisadiyyat məktəbinin enerji və iqlim tədqiqatları mərkəzinin direktoru Boris Dodonov "Washington Post" qəzetinə verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, martın sonu və aprelin əvvəlində Rusiyanın əsas neft terminallarına edilən bir sıra zərbələr Rusiyaya təxminən 2,2 milyard dollar gəlir itkisinə səbəb olub: “Hücumlar liman qurğularının bir həftəlik bağlanmasına və ixrac həcmlərinin müvəqqəti olaraq azalmasına səbəb olub. Xərclərin artmasına baxmayaraq, Hörmüz boğazının bağlanması və İrandakı münaqişə səbəbindən Rusiyanın neft gəlirləri təxminən ikiqat artıb, lakin Ukraynanın zərbələri yenə də onları azaldıb. Biz onları Ukraynanın kinetik sanksiyaları adlandırırıq”.
Bəxtiyar CƏFƏRLİ