Advertisment

Hindistan elektromaqnit katapultun prototipini sınaqdan keçirib

Hindistan Plazma Tədqiqatları İnstitutu tərəfindən hazırlanmış elektromaqnit katapultunun prototipi laboratoriya təcrübələrindən real şəraitdə tammiqyaslı nümayişə keçib.

Herbiand.az bildirir ki, yoxlama sınaqları zamanı sistem 8 kilonyuton tam gücünü təsdiqləyib və 170 kq yükü 18 m/s-yə çatdırıb.

Sistemin bütün komponentləri hind mütəxəssisləri tərəfindən dizayn və istehsal edilib və yığılaraq sınaqdan keçirilib.

Sistem hələ prototip mərhələsindədir, lakin onun real şəraitdə nümayişi hindistanlı istehsalçıların əhəmiyyətli irəliləyişini göstərir.

Bəxtiyar CƏFƏRLİ