Advertisment

Kartapolov: Qərb Riqanı Moskva ilə münaqişənin yeni iştirakçısı kimi görür

Latviyanın Ukraynadakı münaqişəyə cəlb olunması, Ukraynanın resursları tükəndiyi bir vaxtda Qərbin araşdırdığı ssenarilərdən biri ola bilər.

Herbiand.az xəbər  verir ki, bunu Rusiya Dövlət Dumasının müdafiə komitəsinin rəhbəri Andrey Kartapolov RİA Novosti agentliyi ilə söhbətində bildirib.

Onun sözlərinə görə, Qərb ölkələrinin münaqişə üçün yeni iştirakçılara ehtiyacı var, çünki Ukrayna "tükənir": "Bu kontekstdə Latviya seçim ola bilər. Əgər Riqa belə bir addım atsa, onda faktiki olaraq Rusiyaya qarşı təcavüzkar kimi çıxış etmiş olacaq".

Bəxtiyar CƏFƏRLİ