Advertisment

Vahid Hacıyev: Horadiz-Ağbənd avtomobil və dəmir yollarının tikintisi bitmək üzrədir

Horadiz-Ağbənd avtomobil və dəmir yollarının tikintisi bitmək üzrədir.

Bunu Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev WUF13 çərçivəsində Zəngəzur dəhlizi ilə bağlı jurnalistlərin sualına cavab olaraq bildirib.

Vahid Hacıyevin sözlərinə görə, Azərbaycanla İran arasında sərhəd-keçid körpüsünün tikintisi yekunlaşmaq üzrədir.

“Bunlar işğaldan azad olunmuş ərazilər, ümumiyyətlə, regiona böyük töhfə verəcək”, - Vahid Hacıyev qeyd edib.

APA