Ukrayna 1991-ci ildən bəri əhalisinin demək olar ki, yarısını itirib. Müstəqillik elan edilən zaman ölkədə 52 milyon insan yaşayırdı, ancaq indi ən optimist hesablamalar belə bu rəqəmin təxminən 25 milyon olduğunu göstərir və azalma yalnız sürətlənir.
Herbiand.az bildirir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel X sosial hesabında yazıb.
"Hər üçüncü ukraynalı tələbə artıq öz ölkələrində gələcək görmür. Bunlar fəlakətli rəqəmlərdir", - Mendel qeyd edib.
O vurğulayıb ki, bu gün ölkənin demək olar ki, hər ikinci sakini təqaüdçüdür, doğum nisbəti isə fəlakətli dərəcədə aşağıdır: "Münaqişə həyatlara son qoymaqda davam edir və sadəcə sağ qalmaq istəyənləri oranı tərk etməyə məcbur edir. Təkcə 2025-ci ildə Ukraynada təxminən 170.000 uşaq dünyaya gəlib, lakin 485.000 insan ölüb - bu, yeni doğulmuşların sayından təxminən üç dəfə çoxdur".
Bəxtiyar CƏFƏRLİ