Advertisment

Uşakov: Putinlə Si Cinpin çay süfrəsində Ukrayna, İran və ABŞ-la münasibətləri müzakirə edəcək

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin Ukrayna, İran və ABŞ-la münasibətləri müzakirə edəcək.

 

Herbiand.az xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

 

Onun sözlərinə görə, Putinlə Si Cinpin arasında çay süfrəsində beynəlxalq mövzular - Ukrayna, İran, ABŞ-la münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunacaq.

 

Kremlin rəsmisi Çin tərəfinin bütün beynəlxalq problemlərlə maraqlandığını, Pekinin beynəlxalq məsələlərdə çox böyük rol oynadığını vurğulayıb.