Rusiya Silahlı Qüvvələri əsir götürülmüş Ukrayna əks-kəşfiyyat zabiti və Təhlükəsizlik Xidmətinin agenti Sergey Mixaylovdan arxa və ön cəbhədə zərbələr endirmək üçün Ukrayna Silahlı Qüvvələrinin onlarla koordinatlarını alıb.
Herbiand.az bildirir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Qeyd edilib ki, koordinatlarda Ukrayna mövqelərinin, komandanlıq məntəqələrinin və yerləşdirmə yerlərinin, eləcə də strateji obyektlərin və digər hədəflərin təfərrüatları yer alıb.
Mixaylov özü Zaporojye istiqamətində təslim olub. O, Ukraynaya qayıtmaq istəmədiyini bildirib.
Bəxtiyar CƏFƏRLİ