Advertisment

Moskva Neft Emalı Zavodu fəaliyyətini dayandırıb

Moskva Neft Emalı Zavodu 17 mayda dron hücumundan sonra fəaliyyətini dayandırıb. Hücum zamanı zavoda kiçik ziyan dəyib. Riskləri azaltmaq üçünb zavod işini dayandırıb. Bir neçə gün ərzində işin bərpa olunacağı gözlənilir.

Herbiand.az xaəbər verir ki, bu barədə Reuters agentliyinin iki sənaye mənbəyinə istinadən məlumat verib.

Moskva meri Sergey Sobyanin Moskva Neft Emalı Zavoduna edilən hücumda bir qrup işçinin yaralandığını yazıb:

"İlkin məlumatlara görə, dron hücumu nəticəsində on iki nəfər yaralanıb. Xəsarətlər əsasən Moskva Neft Emalı Zavodunun girişinin yaxınlığında tikinti işçilərinin növbəsi ilə bağlı olub. Neft Emalı Zavodunun texnologiyası pozulmayıb. Üç evə ziyan dəyib."

Moskva Neft Emalı Zavodu "Qazprom Neft" PSC-nin törəmə müəssisəsidir. Neft emalı zavodu Moskvanın cənub-şərqindəki Kapotnya rayonunda yerləşir və Rusiya paytaxtını neft məhsulları ilə təmin edir. Sənaye mənbələri hesablayır ki, 2024-cü ildə neft emalı zavodu 11,6 milyon ton xam neft emal edəcək və 2,9 milyon ton benzin, 3,2 milyon ton dizel yanacağı və 1,3 milyon ton bitum istehsal edib.

Mayın 17-də Moskva bölgəsi Ukraynada tammiqyaslı müharibənin başlanğıcından bəri ən böyük dron hücumuna məruz qaldı. Sobyaninin sözlərinə görə, son 24 saat ərzində Moskvaya yaxınlaşarkən 120-dən çox dron vurulub. Moskva bölgəsində Hindistan vətəndaşı da daxil olmaqla üç nəfər həlak olub. Moskva Neft Emalı Zavodundan əlavə, Angstrem neft emalı zavoduna və Transneft-in Solneçnoqorsk və Volodarskaya xətti istehsal və idarəetmə stansiyalarına da hücum edilib.