Advertisment

Yoldan keçən şəxs qadını timsahdan xilas etməyə çalışıb, lakin...

Keniyanın Ati çayında iki nəfər bir timsahın qurbanı olub.

Herbiand.az bildirir ki, bu barədə TV47 Digital xəbər verib.

Timsahın ilk qurbanı 35 yaşlı qadın olub. Yırtıcı heyvan çaydan su götürərkən qadına hücum edib. 20 yaşlı yoldan keçən şəxs isə bunu görüb. O, qadını xilas etməyə çalışıb, lakin timsah onu da parçalayıb.

Xilasedicilər hələ onların qalıqlarını tapa bilməyib.

Bəxtiyar CƏFƏRLİ