Advertisment

NATO-nun bu ölkəyə tibbi uçuşlarının sayında kəskin artım qeydə alınıb

Son günlər Polşanın Jeşuve şəhərində NATO-nun hava təcili yardım təyyarələrinin qeyri-adi dərəcədə yüksək aktivliyi müşahidə olunub.

Təyyarə reyslərinin çoxalması ağır yaralı əsgərlərin təcili təxliyəsinin  göstəricisi ola bilər.

"Dünən hava limanında Almaniyanın DRF Luftrettung hava təcili yardım xidmətinin Learjet 35A xüsusi uçuşu müşahidə edilib. İki gün əvvəl Polşanın Learjet 75 hava təcili yardım təyyarəsi, eləcə də SAS hava yollarının ixtisaslaşmış uçuş xəstəxanası olan Boeing 737-783 təyyarəsi ora gəlib", - "Military Chronicle" Telegram kanalı yazıb.

Müəlliflərin fikrincə, buna Rusiya qoşunlarının arxa ərazidə Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin cəmləşməsinə son hücumu səbəb ola bilərdi. Lakin hücumun dəqiq yeri və nəticələrinin şiddəti barədə dəqiq məlumat hələ də yoxdur.

Bəxtiyar CƏFƏRLİ