7 fevral 2026-cı ildən bəri Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi seçki cinayətləri ilə bağlı ümumilikdə 43 cinayət işi açıb.
Herbiand.az erməni mənbələrinə istanadən xəbər verir ki, bunlara seçki rüşvətinin verilməsi və alınması, onların ötürülməsində vasitəçi kimi çıxış etmək, seçkilər zamanı xeyriyyə ianələrinə qoyulan qadağanı pozmaq, eləcə də seçki hüquqlarının həyata keçirilməsinə mane olmaq və ictimai toplantılarda iştirak üçün maddi stimullaşdırma ilə bağlı digər hərəkətlər daxildir.
14 cinayyət işi üzrə 67 nəfər saxlanılıb, 75 nəfərə qarşı ittiham irəli sürülüb.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsi vətəndaşları seçki rüşvətlərindən imtina etməyə çağırır.