AŞPA Vaslav Havel mükafatına namizədliyi irəli sürülmüş şəxslərin adlarını hələ avqustun sonuna doğru açıqlayacaq.
Ancaq indidən kimlərsə Ruben Vardanyanın adı ərtafında ajiotaj yaratmaq məqsədi ilə onun da bu mükafata namizəd olduğunu tirajlamağa başlayıb.
Beynəlxalq imici heç də yaxşı olmayan birisinin bu mükafata namizədliyinin irəli sürülmsəi absurd xarakter daşıyır.
Ruben Vardanyan bir sıra qlobal cinayət əməllərinə görə ittihamlarla üz-üzədir və beynəlxalq sanksiya siyahılarında adı keçir.
Birincisi: Ruben Vardanyanın adı “Beynəlxalq Sanksiyalar və "Mirotvorets" Siyahısı” - Vardanyan, Ukraynanın milli təhlükəsizliyinə qarşı fəaliyyətlərdə və Rusiyanın təcavüzkar siyasətinə dəstəkdə ittiham olunaraq Ukraynanın məşhur “Mirotvorets” sanksiya siyahısına salınıb. Avropada Ukrayna ilə həmrəyliyin ən üst həddə olduğu bir dövrdə, Ukrayna tərəfindən sanksiyaya məruz qalan bir şəxsin Avropanın ən nüfuzlu insan haqları mükafatını alması siyasi baxımdan qeyri-mümkündür. Onu da nəzərə almaq lazımdır ki, ötən il bu mükafatı Ukraynanın haqlarının qoruyan birinin bu il isə Ukraynaya qarşı olan birinin alması absurd və paradoksal olardı.
İkincisi: Çirkli Pulların Yuyulması və Maliyyə Fırıldaqları” - Keçmişdə rəhbərlik etdiyi "Troika Dialog" investisiya fondu vasitəsilə milyardlarla dollar korrupsiyalaşmış vəsaitin yuyulmasında iştirakı ilə bağlı Qərb mediasında (Organized Crime and Corruption Reporting Project - OCCRP araşdırmalarında) çoxsaylı faktlar mövcuddur. 2019-cu ildə Avropa Parlamentinin deputatları onun fırıldaqçılıq fəaliyyətlərinə görə sanksiya tətbiq edilməsini tələb etmişdilər. Bu cür korrupsiya dosyesi olan şəxslərə Havel mükafatı verilmir.
Və nəhayyət üçüncüsü: “Separatizm və Dövlət Təhlükəsizliyinə Qarşı Fəaliyyət” - Azərbaycanın işğal altında olan suveren ərazilərində qanunsuz xuntanın tərkibində fəaliyyət göstərməsi, separatizmi maliyyələşdirməsi və Azərbaycanın ərazi bütövlüyünə qarşı addımları onun "insan hüquqları müdafiəçisi" imici ilə tamamilə ziddiyyət təşkil edir. AŞPA və Avropa strukturları rəsmi səviyyədə dövlətlərin ərazi bütövlüyü prinsipini tanıyırlar.
Bütün bunlardan sonra Ruben Vardanyanın bu mükafatı alacağı ən azı şübhəli görünür. İndiki ajiotajın məqsədi isə görünür Vardanyan üçün “siyasi məhbus imici yaratmaqdır.