Tammiqyaslı müharibənin başlanğıcından bəri Ukrayna qüvvələri Rusiyanın neft emalı zavodlarını 158 dəfə atəşə tutub.
Herbiand.az bildirir ki, bu rəqəm "Vot Tak" rusdilli Polşa saytının hesablamalarına əsaslanır.
Qeyd olunub ki, ildə 10 milyon ton və ya daha çox emal gücünə malik neft emalı zavodlarından yalnız Uralda yerləşən Omsk və Anqarsk neft emalı zavodları zərər görməyib.
Ukrayna dronlarının son hücumları səbəbindən Rusiyanın mərkəzindəki demək olar ki, bütün əsas neft emalı zavodlarında istehsal azaldılıb və ya dayandırılıb.
Rusiyanın "Astra" Telegram kanalına görə, Samara bölgəsindəki Sizran neft emalı zavodu da hədəfə alınıb. "Vot Tak"ın məlumatına görə, zavod 11 dəfə atəşə tutulub. Ryazan və Saratov neft emalı zavodlarının hər biri 15 dəfə atəşə məruz qalıb.
Bəxtiyar CƏFƏRLİ