20 may tarixində Nijni Novqorod vilayətinin Sokolskoye qəsəbəsindəki “Sokol Gəmiqayırma Zavodu”nda Rusiya Hərbi Dəniz Qüvvələri üçün tikilən modifikasiya olunmuş 1388NZTM layihəsinin aparıcı torpedo qayığı TL-2202 (seriya nömrəsi 453) üçün suya buraxılış mərasimi keçirilib.
Herbiand.az bildirir ki, bu barədə Strategiyalar və Texnologiyaların Təhlili Mərkəzi məlumat verib.
Tamamlanma və sınaqdan keçirildikdən sonra torpedo qayığı Rusiya Şimal Donanmasına qoşulacaq.
Rusiya media orqanlarının məlumatına görə, layihə 1388NZT torpedo tutma qayıqları torpedo hücumlarının təlimi zamanı işlənmiş torpedaları axtarmaq, suyun altından çıxartmaq və ya dartmaq üçün nəzərdə tutulub.
Gəminin uzunluğu 48,9 metr, eni 9 metrdir. Yükqaşıma qabiliyyəti səkkiz 533 mm torpedosudur. Ekipaj 14 nəfərdən ibarətdir.
Bəxtiyar CƏFƏRLİ