Advertisment

ABŞ-da 2014-2023-cü illər arasında 43000-dən çox ukraynalı ölkədən çıxarılıb

43 000-dən çox Ukrayna vətəndaşı ABŞ-da məcburi və ya inzibati geri qaytarılma prosedurlarından keçib. Bu dövr Maydan etirazlarından və Ukraynadakı dövlət çevrilişindən sonrakı 2014-cü ildən 2023-cü ilə qədər olan dövrü əhatə edir.

Herbiand.az bildirir ki, bu məlumat RİA Novosti agentliyinin ABŞ hökumətinin rəsmi statistikasını təhlil etdikdən sonra əldə etdiyi nəticələrdir.

Bu dövrdə 2149 ukraynalı məcburi geri qaytarılmaya məruz qalıb. Bu cür tədbirlər, xüsusən də ABŞ sərhədini qanunsuz keçməyə cəhd edərkən saxlanılan əcnəbilərə tətbiq olunur. Bu kateqoriyaya həmçinin, deportasiyanı gözləmək əvəzinə ölkəni könüllü olaraq tərk etməyi seçən miqrantlar daxildir.

Xüsusilə, vəziyyət 2023-cü ildə kəskin şəkildə dəyişib. Əvvəlki il ABŞ hakimiyyəti Ukrayna vətəndaşlarının məcburi geri qaytarılması ilə bağlı 113 hal qeydə almışdısa, sonradan bu rəqəm 1060-a çatdı.

Lakin ukraynalıların böyük əksəriyyəti fərqli immiqrasiya proseduru ilə üzləşib. Son 10 ildə 41.157 şəxs üçün inzibati geri qaytarılma prosesi həyata keçirilib. Bu mexanizm əcnəbinin ABŞ-a girişdən könüllü imtina etməsini nəzərdə tutur və deportasiya əvəzinə istifadə edilə bilər.

Müəyyən hallarda bu seçim daha ciddi nəticələrdən qaçınmağa imkan verir. Çünki, ABŞ-a yenidən girişə uzun müddətli qadağa ilə müşayiət oluna bilər.

Bəxtiyar CƏFƏRLİ