Müştəri ilk İl-114-300 təyyarəsini 2026-cı ildə alacaq, daha iki təyyarə isə 2027-ci ilin əvvəlində təhvil veriləcək.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Sənaye və Ticarət nazirinin müavini Gennadi Abramenkov bildirib.
"İlk üç təyyarə hazırlığın son mərhələsindədir. İnanıram ki, birincisini bu il mütləq təhvil verəcəyik, qalan ikisi isə çox güman ki, gələn ilin əvvəlində təhvil veriləcək; hazırda onlar hazırlanmaqdadır. Növbəti mərhələdə genişmiqyaslı istehsala keçməliyik", - nazir mavini deyib.
İl-114-300 təyyarəsi yerli aviaşirkətlər, o cümlədən zəif aerodrom infrastrukturu olan bölgələrdə və çətin iqlim şəraitində - Şimalın, Uzaq Şərqin və Sibirin çətin çatılan ərazilərində istifadə üçün nəzərdə tutulub.
Maksimum qalxma çəkisi 23,5 ton, faydalı yük daşıma qabiliyyəti 6,8 tondur. Kreyser sürəti saatda 450 km, maksimal hündürlük 7600 metr, uçuş məsafəsi isə 1400 km-dir. Tutumu iki heyət üzvü və 68 sərnişindir.
Bəxtiyar CƏFƏRLİ