“Ermənistan hakimiyyəti heç vaxt Rusiya hərbi bazasının Gümrüdən çıxarılması məsələsini qaldırmayıb”. Herbiand.az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, ölkənin heç bir rəsmi nümayəndəsi belə bir tələblə çıxış etməyib.
Qeyd edək ki, Rusiyanın 102-ci hərbi bazası 1995-ci ildən Ermənistanın Gümrü şəhərində yerləşir.
İki ölkə arasında 25 il müddətinə bağlanan müqavilənin müddəti 2010-cu ildə uzadılaraq 2044-cü ilə qədər artırılıb.
Bundan əvvəl Paşinyan Gümrüdə Rusiya hərbi bazasının mövcudluğuna ehtiyac olmadığını bildirmişdi.
Rusiya Prezidenti Vladimir Putin isə sentyabrın 1-də Paşinyanla görüşündən sonra qeyd edib ki, İrəvan bazada maraqlı deyilsə, Gümrüdə Rusiya hərbi bazası olmayacaq.
E.Cəfərli