"Yerli istehsalın artırılması bizim üçün önəmlidir".
Herbiand.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri Samir Ağababayev “ADEX” və “Securex Caspian” sərgilərinə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, bu il keçirilən sərgilərdə müxtəlif yeniliklər, o cümlədən kəşfiyyat, artilleriya və digər silah sistemləri nümayiş etdiriləcək: “Bəzi yeniliklər var, bunları yerində görmək daha məqsədəuyğundur. Yeni texnologiyaların inkişafına üstünlük veririk. Müharibələr artıq başqa formalarda keçirilir. Bunun həlli ilə bağlı müdafiə sənayesində müəyyən addımlar görülür. Zamanla uyğunlaşmaq lazımdır”.