Advertisment

Bu raketlər Ukraynada istehsal ediləcək-Prezidentdən açıqlama

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-a səfəri zamanı fransalı həmkarı Emmanuel Makronla görüşdüyünü bildirib. Hebriand.az xəbər verir ki, prezident bu barədə özünün “telegram” kanalında yazıb.

Onun sözlərinə görə görüşdə əsasən təhlükəsizlik və Ukraynaya qış üçün dəstək paketi müzakirə olunub.

“SAMP/T hava hücumundan müdafiə sistemlərinin və onlar üçün raketlərin Ukraynada istehsal edilməsi, həmçinin tərəfdaşlarla birlikdə FREYJA ballistik raketlərə qarşı proqramın hazırlanması imkanları üzərində işi davam etdiririk”- deyə, Ukrayna lideri bildirib.

Zelenski qeyd edib ki, ilkin mərhələdə bu sistemlərin və onların sursatlarının alınması Avropa İttifaqının krediti çərçivəsində ayrılan maliyyə vəsaiti hesabına həyata keçiriləcək. O, artıq bu il istehsalla bağlı ilk nəticələrin əldə olunacağına ümid etdiyini bildirib.

E.Cəfərli

Herbiand.az