Advertisment

Dünyada münaqişələrin sayı iki dəfə artıb – Beynəlxlaq təşkilatdan xəbərdarlıq

Son 15 ildə dünyada münaqişələrin sayı 15 dəfə artrıb. Herbiand.az xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) rəhbəri Miryana Spolyariç açıqlama verib. Miryana Spolyariç bildirib ki, təkcə son dörd ildə dünyada 12 yeni münaqişə başlayıb.

Onun sözlərinə görə, münaqişələrin sayındakı bu cür “sıçrayış” böyük problemdir.

“Münaqişələr humanitar fəsadlar doğurur, iqtisadiyyata ciddi təsir göstərir. Münaqişələr çoxalandan iqtisadi artımın olmadığını da müşahidə edirik. Bu vəziyyət bütün dünyada daha çox insanlara təsir edir. Artıq müzakirə etməliyik ki, dünya əhalisini gərginlikdən necə çıxara, qarşıdurmaları necə dayandıra bilərik”-deyə, o bildirib.

Təşkilat rəhbəri vurğulayıb ki, bu problem dünyanın hər bir ölkəsinə təsir edir.  Onun fikrincə, bu səbəbdən dünya ölkələri ortaq mövqedə birləşməli və beynəlxalq humanitar hüququn əsas prinsiplərinə qayıtmalıdır.

E.Cəfərli

Herbiand.az