Advertisment

Lavrov və Rubio Nyu-Yorkda görüşəcək

Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubionun sentyabrın 23-də Nyu-Yorkda görüşü planlaşdırılır.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Kirill Loqinov bildirib.

Onun sözlərinə görə, görüş Rusiyanın BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində Lavrovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə iştirakı çərçivəsində keçiriləcək.