Advertisment

Rusiyada ayıların şəhərlərə hücumları artıb, yüksək hazırlıq elan edilib

Yaşayış məntəqələrinə ayıların hücumlarının artması səbəbindən Kamçatka diyarının Petropavlovsk-Kamçatski şəhərində yüksək hazırlıq rejimi elan edilib.

Herbiand.az xəbər verir ki, bu barədə Pertopavlovsk-Kamçatski meri Andrey Vorovski bildirib.

Onun sözlərinə görə, 9 sentyabr saat 18:00-dan (Moskva vaxtı ilə səhər 9:00) Petropavlovsk-Kamçatski şəhər dairəsində ayı hücumları nəticəsində həyati təhlükələrin aradan qaldırılmasına yönəlmiş tədbirlərdə iştirak edən qüvvələr və xidmətlər üçün yüksək hazırlıq rejimi elan edilib.

Kemerovo (Kuzbass) vilayətinin beş rayonu şəhərə ayı hücumlarının artması səbəbindən yüksək hazırlıq rejimi elan edib. Kaltanski, Osinnikovski və Prokopyevsk şəhərləri, eləcə də Taştaqolski və Mejdurechenski rayonlarında yüksək hazırlıq rejimi tətbiq olunub.

Qeyd edək ki, avqust ayında Kemerovo vilayətinin Mejdureçensk yaşayış məntəqəsi yaxınlığında ayı bir kişiyə hücum edib, onu yaralayıb. Novokuznetsk yaxınlığındakı bağçılıq icmasının yaxınlığında başqa bir ayı təqaüdçüyə xəsarət yetirib. Heyvan çağırışa cavab verən polis tərəfindən odlu silahla vurulub. İlin əvvəlindən bəri şəhərin Vahid Dispetçer Xidmətinə ayılarla bağlı 52 məlumat daxil olub, onlardan 44-ü təsdiqlənib. 11 ayı ovçular tərəfindən vurulub.

Avqust ayından bəri Rusiyanın Buryatiya, Saxalin, Xakasiya, Tuva, Altay respublikaları, Krasnoyarsk diyarında ayı hücumları ilə bağlı məlumatlar artıb. Bu müddət ərzində ayı hücumlarından ən azı üç nəfərin öldüyü bildirilib.