Advertisment

Ruslar Ukraynanın pilotsuz qayıqlarının yığım sexinə zərbə endirib

Rusiya hərbi qulluqçuları dronlardan istifadə etməklə Ukraynanın pilotsuz qayıqlarının yığım sexini vurub.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin  məlumatında deyilib.

"Qriqorovka kəndində aparılan kəşfiyyat əməliyyatları nəticəsində Ukraynanın pilotsuz qayıqlarının yığılması və istifadəyə hazırlanması üçün emalatxana aşkar edilib. Obyekt “Varyaq” pilotsuz sistemlər briqadasının hücum PUA-larından ibarət heyət tərəfindən vurulub", - açıqlamada bildirilir.

Bəxtiyar CƏFƏRLİ