2026/2027-ci tədris ili üzrə Qarabağ Universitetinə 49 ixtisas üzrə 1 235 tələbə qəbul olunub, onların təxminən yarısı 500-dən yuxarı bal toplayıb.
Herbiand.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, onlardan 603 nəfər 500 və daha yüksək, 196 nəfər isə 600 və daha yüksək bal toplayıb.
O qeyd edib ki, Qarabağ Universitetinə qəbul olunan tələbələrin 60 faizi qızlardır.