Zərdabda altı gün əvvəl yol qəzasında xəsarət alan qadın dünyasını dəyişib.
Herbiand.az -ın xəbərinə görə, ağır xəsarət alan Reyhan Məhəmmədova bu gün müalicə aldığı xəstəxanada ölüb.
Qeyd edək ki, yol qəzası sentyabrın 8-də saat 23 radələrində Zərdab-Ağcabədi avtomobil yolunun Zərdab rayonunun Yarməmmədbağı kəndinin ərazisində baş verib.