Advertisment

Rus ordusu Xarkov və Zaporojyedə bu əraziləri işğal etdi

Rusiya Silahlı Qüvvələri xüsusi əməliyyat zonasında hücumlarını davam etdirir.

Herbiand.az Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir, hərbçilər daha 2 yaşayış məntəqəsini ələ keçirib.

Nazirliyin məlumatına görə, Xarkov vilayətinin Malaya Volçya və Zaporojye bölgəsinin Rozovka kəndləri Rusiya hərbçilərinin nəzarətinə keçib.

Bəxtiyar CƏFƏRLİ