Rusiyanın Buryatiya Respublikasında fəaliyyət göstərən Tunka Milli Parkına giriş dayandırılıb. Hebriand.az xəbər verir ki, buna səbəb vəhşi heyvanların yaratdığı təhlükədir. Milli Parkdan bildiriblər ki,
ziyarətçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə məcburən bu addımı atıblar. Məlumata görə, bu gündən ziyarətçilərin park ərazisindən keçən turist marşrutlarına daxil olmasına icazə verilməyəcək.
Yerli medianın yazdığına görə, bu qərarın verilməsi daha çox meşələrdə ayıların sayının çoxalması ilə bağlıdır.
Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ölkə ərazisində qonur ayıların populyasiyası da artıb.
1990-cı illə müqayisədə hazırda meşələrdə ayıların sayı 2,3 dəfə artaraq 307,9 minə çatıb.
E.Cəfərli
Hebriand.az