Rusiyanın yük maşını istehsalçısı “Kamaz” humanitar missiya üçün Xalq cəbhəsinə yük maşınları bağışlayıb.
Herbiand.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
Məlumata görə, Xalq cəbhəsinə bir traktor, beş platformalı yük maşını və pərdəli qoşqu bağışlanıb.
“Kamaz” şirkətinin baş direktoru və Xalq cəbhəsinin mərkəzi qərargahının həmsədri Sergey Koqoqin vurğulayıb ki, şirkət 2022-ci ildən bəri xüsusu hərbi əməliyyat zonasına təxminən 1,6 milyard rubl dəyərində 27 karvan göndərib və humanitar yükün ümumi çəkisi 1800 tondan çox olub: "Biz müntəzəm olaraq humanitar karvanlar göndəririk - hər iki-üç aydan bir. Bura ehtiyat hissələri, avadanlıqlar, rabitə vasitələri və əsgərlərin özlərinin istədiyi daxildir”.
Bəxtiyar CƏFƏRLİ