Advertisment

Orduya modernləşdirilmiş SVDS snayper tüfəngləri verildi

“Kalaşnikov” konserni 2026-cı il üçün hökumət müqavilələri çərçivəsində SVDS 7.62 mm-lik Dragunov snayper tüfənglərinin böyük partiyasını göndərib. SVDS - Hava-desant qüvvələri, dəniz piyadaları və xüsusi təyinatlı qüvvələr üçün SVD snayper tüfənginin müasir uyğunlaşmasıdır.

Herbiand.az bildirir ki, bu barədə konsernin mətbuat xidməti xəbər verib.

Qeyd edilib ki, “Kalaşnikov” 2025-ci ildə SVDS istehsalını 2024-cü illə müqayisədə 13 dəfə artırıb: “Onlara tələbat 2026-cı ildə də sabit qalacaq”.

Tüfəng düşmənin şəxsi heyətinin və zirehsiz hədəflərinin 1000 metrə qədər məsafələrdə məhv edilməsini təmin etmək üçün nəzərdə tutulub.

Bəxtiyar CƏFƏRLİ