"Neftçi" klubunun məşhur hücumçusu, veteran futbolçu İsgəndər Cavadov təltif edilib. Herbiand.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İsgəndər Cavad oğlu Cavadov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplom”u ilə təltif edilib.
Qeyd edək ki, İsgəndər Cavadovun sentyabrın 20-də 70 yaşı tamam olur.