Advertisment

Putindən Qərbə növbəti xəbərdarlıq

Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin Qərb ölkələrinə çağırış edib. Herbiand.az xəbər verir ki, prezident Qərb dövlətlərini dostluq şəraitində yaşamağa çağırıb.

“Münasibətlərdə qarşılıqlı anlaşma və əməkdaşlıq təmin olunmasa, Moskva buna cavab vermək məcburiyyətində qalacaq. Bunu hər kəs bilməlidir”- hərbi sənaye komissiyasının toplantısında çıxış edən Putin belə deyib.

Dövlət başçısı həmçinin Rusiyanın Avropa ilə münasibətləri bərpa etməyə hazır olduğunu deyib.

E.Cəfərli

Herbiand.az