Advertisment

PBS: ABŞ Qrenlandiyaya nəzarəti ələ keçirməyəcək

ABŞ Danimarka və Qrenlandiya ilə əldə olunan razılaşma çərçivəsində Qrenlandiyaya nəzarəti ələ keçirməyəcək və adanın heç bir ərazisi Vaşinqtona verilməyəcək.

Herbiand.az xəbər verir ki, bunu PBS telekanalının jurnalisti Nik Şifrin Dövlət Departamentindəki mənbəyə və məsələdən məlumatlı digər şəxslərə istinadən bildirib.

Şifrinin məlumatına görə, razılaşma ABŞ-a Qrenlandiyada daimi hərbi mövcudluğunu saxlamaq imkanı verəcək. NATO üzvü olmayan dövlətlərin isə adada hərbi baza yerləşdirməsinə icazə verilməyəcək.

Razılaşma çərçivəsində xarici investisiyalara nəzarət mexanizminin yaradılması da nəzərdə tutulur. Bununla yanaşı, Qrenlandiya əhalisi adanın siyasi gələcəyini özü müəyyən etmək hüququnu saxlayacaq.

Danimarka hökuməti də planlaşdırılan razılaşmanın ölkənin suverenliyi və ərazi bütövlüyünü, eləcə də Qrenlandiya xalqının öz müqəddəratını təyin etmək hüququnu tanıdığını açıqlayıb.

Teleqraf