Advertisment

Paytaxtı radiasiya dumanı bürüyəcək

Sentyabrın 19-na keçən gecə Moskva və Moskvaətrafı ərazilərdə radiasiyalı duman müşahidə olunacaq. Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin aparıcı meteoroloqu Lyudmila Parşina məlumat verib.

Onun sözlərinə görə, Yer səthinin istilik şüalanması ilə soyuması və su buxarının kondensasiyası nəticəsində yaranan radiasiya dumanı səbəbindən həftəsonu yollarda görünüş məsafəsi 200-700 metrədək azalacaq.

“Gecələr külək zəifləyir və buna görə də zəif yağışlardan sonra rütubətli havada duman, daha dəqiq desək, radiasiya dumanı yarana bilər”, – deyə sinoptik bildirib.

O əlavə edib ki, bu dumanın təhlükəli radiasiya şüalanması ilə heç bir əlaqəsi yoxdur.

E.Cəfərli

Herbiand.az