I Türk Dünyası Bəstəkarlarının Qurultayında Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması barədə qərar qəbul edilib.
Herbinad.az xəbər verir ki, Türk Dünyası Bəstəkarlar Birliyi (Turkic Union of Composers – TUC) Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın aparıcı musiqi qurumlarının nümayəndələrinin iştirakı ilə təsis olunub.
Yeni birlik Türk dünyası ölkələrinin bəstəkarları arasında əməkdaşlığın genişləndirilməsi, musiqi mədəniyyətinin inkişafı və ortaq yaradıcılıq layihələrinin həyata keçirilməsini hədəfləyir.
Herbinand.az