Advertisment

20 sentyabr – Dövlət Suverenliyi Günüdür

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür. Bu əlamətdar gün 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunması ilə bağlıdır. 

Herbiand.az xatırladır ki, 2023-cü il sentyabrın 19-da başlayan antiterror əməliyyatı 23 saat ərzində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi ilə başa çatıb. 

Bununla da Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi ölkənin bütün ərazisində təmin olunub. 

Dövlət Suverenliyi Günü Prezidentin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis edilib və hər il sentyabrın 20-də qeyd olunur. 

Bu tarix Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasını simvolizə edir.
Suverenliyin bərpası ölkənin siyasi, hüquqi və inzibati bütövlüyünün təmin olunması baxımından mühüm tarixi hadisə kimi qiymətləndirilir.

20 sentyabr həm də Azərbaycanın müstəqilliyi və dövlətçiliyi uğrunda mübarizədə şəhid olanların xatirəsinin ehtiramla yad edildiyi gündür.

Bu əlamətdar tarix xalqın dövlətçilik iradəsini, milli həmrəyliyini və ölkənin ərazi bütövlüyünə bağlılığını ifadə edən günlərdən biridir.

Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edir, ölkəmizə sülh və sabitlik arzulayırıq.

E.Cəfərli
Herbiand.az