Advertisment

Rutte: ABŞ-ın İrana qarşı əməliyyatlarına dəstək olaraq Avropadan 5000 təyyarə havaya qalxıb

Bu il fevralın 28-dən bəri Avropanın hərbi bazalarından ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarına dəstək olaraq 5000 təyyarə havaya qalxıb.

Herbiand.az xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib.

O, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının Avropanın dəstəyi olmadan mümkün olub-olmadığının müzakirəyə açıq olduğunu vurğulayıb.

Buna baxmayaraq, Rutte Avropanın öz “arxa həyətini” qoruya bilmədiyini, hazırda ABŞ-a ehtiyac duyduğunu, lakin gələcəkdə bunu bacaracağını bildirib.