Türkiyə maliyyə problemləri üzündən 3 nəhəng şirkət iflas etdiyi açıqlayıb. Herbiand.az xəbər verir ki, Kocaeli 1-ci Əsas Ticarət Məhkəməsi ölkədaxili və xarici turların təşkili ilə yanaşı, xidməti personal daşınması və transfer xidmətləri göstərən “Kuşçu Səyahət” və “Ermetal Çelik Yapı” şirkətlərinin iflas etməsi haqqında qərar çıxarıb.
İstanbulun 20-ci Əsas Ticarət Məhkəməsi isə Kartalda fəaliyyət göstərən “Derix İlaç” apteklər şəbəkəsinin iflasını elan edib.
İqtisadi çətinliklərlə üzləşən şirkətlərin bir qismi borclarını təxirə salıb işini davam etdirmək istəsə də, bu prosesdən nəticə əldə edə bilməyən kompaniyalarla bağlı iflas qərarları çıxarılır.
E.Cəfərli