Advertisment

Ukraynanın sürgündə olan vəzifəli şəxsləri bu şəhərə toplaşır

Ukraynanın bir neçə keçmiş yüksək vəzifəli rəsmisi və siyasətçisi hazırda Vyanada yaşayır. Keçmiş baş prokuror Ruslan Kravçenkonun Avstriyanın paytaxtına köçməsindən sonra Ukrayna mediası orada bir növ sürgündə olan hökumətin yaradılmasının mümkünlüyünü müzakirə etməyə başlayıb.

Herbiand.az bildirir ki, bu barədə "Ukrainskaya pravda" qəzeti adı açıqlanmayan bir məmura istinadən məlumat verir.

Vyanada Kravçenkodan başqa Ukrayna Konstitusiya Məhkəməsinin keçmiş sədri Aleksandr Tupitski, Milli Bankın keçmiş rəhbəri Kiril Şevçenko və Ali Radanın keçmiş deputatı Andrey Xolodov da yaşayır.

"Bir az da olsa - Vyanada bütün sürgündə olan Ukrayna hökuməti toplanacaq. Hava hücumu siqnalizasiyasının, ballistikanın, NABU və ya SAP-dan şübhələrin və girov tələbinin olmadığı bir şəhərdə. Şübhəliləri Ukraynaya təhvil verməyən bir şəhərdə. Hələ ki", -  məqalədə deyilir.

Bəxtiyar CƏFƏRLİ