Advertisment

Baş Qərargah rəisi Səudiyyə Ərəbistanına gedir

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Səlcuq Bayraktaroğlu Səudiyyə Ərəbistanına səfər edəcək.

Herbiand.az xəbər verir ki, Səlcuq Bayraktaroğlu Məkkə Müdafiə Alyansının Baş Qərargah rəisləri toplantısında iştirak edəcək. Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, son dövrlərdə Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlıq intensivləşib.

Avqustun 7-də Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkədə Birgə Müdafiə Sazişi imzalanıb. Saziş üç ölkə arasında kollektiv müdafiə və təhlükəsizlik əməkdaşlığının gücləndirilməsini nəzərdə tutur.

E.Cəfərli

Herbiand.az