Advertisment

ABŞ kəşfiyyat təyyarəsi üçün 127 milyon ayıracaq

ABŞ ən azı 2027-ci ilin yayına qədər Avropada ARTEMIS kəşfiyyat təyyarəsindən istifadə etməyə davam edəcək. ABŞ ordusu onun davamlı fəaliyyəti üçün 127 milyon dollara qədər vəsait ayıracaq.

Herbiand.az bildirir ki, bu barədə Leidos müdafiə şirkəti xəbər verib.

Yeni müqavilə sistemin ABŞ-ın Avropa Komandanlığının məsuliyyət zonasında fəaliyyətini əhatə edir. Saziş həmçinin, proqramı daha iki il uzatmağa imkan verir.

ABŞ ordusu bu hava platformasından 2020-ci ildən bəri Avropada istifadə edir.

Bəxtiyar CƏFƏRLİ