Ukrayna ordusuna məxsus pilotsuz uçan aparatlar (PUA) Rusiyanın sənaye obyektlərinə zərbələri davam etdirir. Herbiand.az xəbər verir ki, Ukrayna PUA-ların Rostov vilayətində neft məhsulları zavodunu həfəf alınıb.
Məlumata görə, Novoşaxtinskdə yerləşən neft məhsulları zavodu PUA hücumundan ciddi ziyan görüb. Hadisə zamanı xəsarət alan olmayıb. Müəssisə fəaliyyətini müvəqqəti dayandırıb.
Rusiya tərəfi iddia edir ki, hava hücumundan müdafiə qüvvələri sentyabrın 25-nə keçən gecə Rostov vilayətində Ukraynaya məxsus 50-yə yaxın PUA-nı zərərsizləşdirib.
Məlumata görə, Kamensk-Şaxtinski və Novoşaxtinsk şəhərlərində, həmçinin Millerovo, Tarasovski, Verxnedonski, Çertkovo, Kamensk və Krasnosulin rayonlarında da PUA-lar vurulub.
E.Cəfərli