Advertisment

AIIF 2026 çərçivəsində 12 sənəd imzalanıb

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Qlobal artımın, investisiyanın və əlaqələrin gələcəyinin formalaşdırılması” adlı panel sessiyanın sonunda Azərbaycan və xarici qurumlar arasında əməkdaşlıq sənədləri imzalanıb.

Herbiand.az xəbər verir ki, forumun proqramına əsasən, sənədlər investisiya, tikinti, bərpa olunan enerji, sənaye, kənd təsərrüfatı, əczaçılıq, bank, rəqəmsal texnologiyalar və digər istiqamətləri əhatə edir.

Ümumilikdə 12 sənəd imzalanıb.